Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək

Toplantının əsas müzakirə mövzusu fövqəladə vəziyyət olacaq.

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.
 
 Toplantının əsas müzakirə mövzusu fövqəladə vəziyyət olacaq.
 
Prezident Ərdoğan 19 İyulda başa çatacaq fövqəladə vəziyyət rejiminin 4-cü dəfə uzadılacağını açıqlamış və :
"Milli Təhlükəsizlik Şurasında tövsiyə qərarı qəbul edəcəyik" demişdi.
 
 Baş nazir Binəli Yıldırım da, Milli Təhlükəsizlik Şurasının iclasında fövqaladə vəziyyət rejiminin uzadılmasının təklif ediləcəyini bildirmişdi.
 
 Şuranın toplantısında müzakirə ediləcək digər bir mühüm məsələ isə terrorla mübarizə olacaq.
 
Ölkənin cənub-şərqində davam edən əməliyyatlar, İraq və Suriyadakı hadisələr də müzakirə ediləcək mövzular arasında olacaq.



Әlaqәli Xәbәrlәr