Aİ dövlət çevrilişi cəhdi ilə əlaqədar Türkiyəyə zəif və gec dəstək verdi

Bunu Türkiyənin Avropa İttifaqında daimi nümayəndəsi Faruk Kaymakçı dedi.

Aİ dövlət çevrilişi cəhdi ilə əlaqədar Türkiyəyə zəif və gec dəstək verdi

Türkiyənin Avropa İttifaqında daimi nümayəndəsi Faruk Kaymakçı Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı çevriliş təşəbbüsünün Türkiyə-Aİ münasibətlərinə təsiri barədə şərh verdi.
 
 15 iyul xain dövlət çevrilişi cəhdinin bir çox sahədə olduğu kimi, Türkiyə-Aİ münasibətlərinə də mənfi təsir göstərdiyini bildirən Kaymaqçı: "Aİ dövlət çevrilişi cəhdi ilə əlaqədar Türkiyəyə zəif və gec dəstək verdi" dedi.
 
 Çevriliş cəhdinin Türkiyə ilə Aİ arasında etibar böhranına səbəb olduğunu bildirən Kaymaqçı:" Diqqətini Türkiyənin qanuni hökumətini və demokratiyasını müdafiə hüququndan daha çox çevriliş cəhdindən sonra alınan tədbirlər üzərində mərkəzləşdirən Aİ qurumları və liderləri ölkəmizdə inam və nüfuz itkisinə məruz qaldılar" dedi.
 
 Kaymakçı çevriliş cəhdinin Türkiyə-Aİ münasibətlərində hər sahədə əməkdaşlığın və atılması nəzərdə tutulan birgə addımların qarşısını aldığını vurğuladı və 15 iyul dövlət çevrilişi cəhdinin Türk vətəndaşlarının 2016-ci ilin sonundan əvvəl Schengen ölkələrinə vizasız səyahət imkanını iflasa uğratdığını xatırlatdı.
 
 Faruk Kaymaqçı çevrilişdən sonra FETÖ ilə  əlaqədar olanların Avropaya qaçaraq sığınacaq istədikləri zaman onların tələblərinin qəbul olunmasının və hətta bəzilərinin bu ölkələrin dövlət orqanlarında işlə təmin edilməsinin Türkiyə ilə Aİ-nin  terrorla birgə mübarizə və kəşfiyyat əməkdaşlığına kölgə saldığını qeyd etdi.
 
 Türkiyənin Aİ-yə üzvlük məsələsini müəyyən dərəcədə iflasa uğradan dövlət çevrilişi cəhdindən Türkiyənin təmizlənərək və daha güclü olaraq çıkacağını vurğulayan Kaymaqçı:" Aİ-nin Türkiyə hökumətinə, demokratiyasına, dinamik gənc əhalisinə və çağdaş hədəfinə dəstək olması halında Türkiyə Aİ yolunda daha da sürətlə irəliləyəcək və itirilən vaxtı kompensasiya edə biləcək. Türkiyə-Aİ liderlərinin mayın 25-də Brüsseldə keçirilən görüşləri Türkiyə-Aİ münasibətlərinə yeni təkan verdi" dedi.



Әlaqәli Xәbәrlәr