“Qərb dostluq və xəyanətkarlar arasında seçim etməlidir”, R.T.Ərdoğan

R.T.Ərdoğanın Fətullahçı Terror Təşkilatı – FETÖ-nün 15 İyul çevriliş cəhdilə bağlı İngiltərənin “The Guardian” qəzetində məqaləsi dərc olunub.

“Qərb dostluq və xəyanətkarlar arasında seçim etməlidir”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “Qərbli liderlər Türkiyənin dostluğu və xəyanətkarlar arasında seçim etməlidir”, - dedi.

  Ərdoğanın Fətullahçı Terror Təşkilatı – FETÖ-nün 15 İyul çevriliş cəhdilə bağlı İngiltərənin “The Guardian” qəzetində məqaləsi dərc olunub. Məqalədə deyilir:

  “Bir il əvvəl milyonlarla vətəndaş siyasi, mədəni və etnik müxtəlifliyini bir kənara buraxaraq konstitusiyanı pozan, günahsız insanlara atəş açan və Milli Məclisi bombalayan qiyamçılara qarşı ortaq mövqe nümayiş etdirdilər. Türkiyə xalqı birlikdə silahlı qrupun demokratiyaya, azadlığa və həyat tərzlərinə maneə olmaq istəyənlərin qarşısında durdu.

  Bu hücumun qarşısı alınarkən 250 adamın şəhid oldu, 2193 adam yaralandı. Çevriliş cəhdi edən FETÖ başçısı və əlaltılarını ədalətə təslimetmə səyləri yalnız Türkiyə üçün deyil, dünyanın hər yerindəki demokratiya təəssübkeşləri üçün əhəmiyyətlidir.

  Çevriliş cəhdinə maneə törədilməsi demokratiya tarixində bir dönüş nöqtəsi oldu. Bu hadisə dünyanın hər yerində azadlıqsevər xalqlar üçün bir ümid qaynağı olacaq. Ancaq təəssüf ki, Türkiyənin müttəfiqləri və xüsusilə, Qərbdəki dostlarımız yaşananları tam mənasıyla təqdir edə bilmir. Bəzi Qərb hökumət və təşkilatları həmrəy olmaq yerinə “gözlə və gör” taktikası izlədirlər. İkiüzlülüklər və tətbiq olunan ikili standartlar azadlıqları üçün hər şeylərini ortaya qoyan türk millətini dərindən narahat edir.

  Türkiyə hökumətinin FETÖ-çü dövlət məmurlarını işdən və cəmiyyətdə uzaqlaşdırması siyasətini yozmasını Qərbin Türkiyə demokratiyasına və təhlükəsizliyinə münasibətini sual altına qoyur.

  İkili əlaqələrimizi və təməl dəyərlərə uyğun olmayan şəkillərdə Türkiyənin dostluğuna xəyanət etməyin heç bir anlamı yoxdur. Bu gün Qərb liderləri terrorçularla birlikdə olmaq və Türkiyənin etimadını yenidən qazanmaq arasında bir seçim etmək məcburiyyətindədir. Bir çox ölkə təhdidlər qarşısında eyni addımları atanların Türkiyədəki fövqəladə vəziyyətlə bağlı tənqidlərin qəbuledilməzdir. Təkcə terror təşkilatı PKK-şılar 50 minə yaxın vətəndaşımızı şəhid etmişlər.

  Dövlət təşkilatlarına sızaraq zamanla yüksək vəzifələrə çıxmış fetöçülərlə mübarizə aparmaq asan deyil.”



Әlaqәli Xәbәrlәr