“Avropaya Makedoniyanı nümunə götürməsini tövsiyə edirik”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropaya Makedoniyanı nümunə götürməsini tövsiyə edib.

“Avropaya Makedoniyanı nümunə götürməsini tövsiyə edirik”, M.Çavuşoğlu

Makedoniyada səfərdə olan Çavuşoğlu Türkiyənin Üsküp Səfirliyinin himayəsində Makedoniya Türk Ticarət Palatası, Makedoniya Türk qeyri-hökumət Təşkilatları Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən təşkil edilən iftar proqramında iştirak edib.

Nazir bu ölkənin prezidenti Gyorge İvanov və Xarici İşlər naziri Nikola Dimitrovla yanaşı Makedoniya hökumətindən xeyli sayda nazirin iştirak etdiyi iftar proqramında bu ölkədəki soydaş siyasi xadimlər, yüksək səviyyəli bürokratlar, nüməyəndələr, iş adamları və mətbuat quruluşlarının idarəçiləri ilə bir araya gəlib.

Mövlud Çavuşoğlu tədbirdə etdiyi çıxışda fərqli etnik və dini qrupların ahəng və həmrəy içində yaşamalarının Makedoniyanı fərqli hala gətirdiyini söyləyib.

Nazir vurğulayıb ki, hal-hazırda İslam əleyhdarlığı və düşmənçiliyinin, xristian əleyhdarlığının, anti-semitizmin, tolerantsızlığın, irqçiliyin sürətli şəkildə artdığı Avropaya Makedoniyanı nümunə götürməsini tövsiyə edirik.

Çavuşoğlu Türkiyənin NATO üzvlüyü daxil Makedoniyanı hər sahədə dəstəkləyəcəyinə diqqət çəkərək deyib ki, bu ölkənin sabitliyi və əmin-amanlığı Avropa və Balkanlar üçün böyük əhəmiyyət daşıyır.

Makedoniyanın Xarici İşlər naziri Dimitrov da dostları ilə iftar propqramında bir araya gəlməkdən məmnuniyyət duyduğunu bildirib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Makedoniyada keçirdiyi görüşləri çərçivəsində bu ölkənin prezidenti tərəfindən qəbul edilmiş, həmkarı ilə də təkbətək görüşdə bir araya gəlmişdi.



Әlaqәli Xәbәrlәr