İslam və Qərb cəmiyyətləri arasındakı əlaqələr necə olacaq?

Türkiyə dövlət başçısının müavini və sözçüsü İbrahim Kalın hələ Qərb cəmiyyətlərinin Avropa mərkəzçiliyi fikrindən qurtula bilmədiklərini vurğulayaraq deyib...

İslam və Qərb cəmiyyətləri arasındakı əlaqələr necə olacaq?

  Türkiyə dövlət başçısının müavini və sözçüsü İbrahim Kalın hələ Qərb cəmiyyətlərinin Avropa mərkəzçiliyi fikrindən kənara çıxa bilmədiklərini vurğulayaraq deyib: "Dünyaya, mədəniyyətə, siyasətə, cəmiyyətə, iqtisadiyyata, idman - hansı sahə olursa olsun, hər birinə hələ də Avropa mərkəzçilik dünyagörüşündən baxır."

  Ankarada Kocatepe məscidi həyətindəki Türkiyə Kitab və Mədəniyyət Sərgisində "Mən, o və başqası" (“Ben, O biri ve Ötesi”) kitabının imza mərasimində çıxış edən İ.Kalın son dövrlər İslam əleyhinə ifadələrə toxunaraq deyib: “İslam və Qərb cəmiyyətləri arasındakı əlaqələr necə olacaq?” Bu, müasir zəmanənin əsas suallarından biridir. Avropa mərkəzçi görüşlü Qərb cəmiyyətləri bu sualın cavabı haqqında qeyri-müəyyən fikirlərdədir. Kitabımda bunları izah etməyə çalışdım. Avropada son zamanlar artan İslamofobiya, irqçilik, xarici əleyhdarlıq və qaçqın məsələlərinə diqqət çəkdim. Avropalıların bu mövzulara münasibəti, o coğrafiyada yaşayan müsəlman azlıqlara rəftarı, plüralizm, çox mədəniyyətlilik, demokratiya, şəffaflıq kimi təməl dəyərlərin necə sovrulmasını göstərmək istədim. Bütün bu mövzuların tarixi arxa planı, fəlsəfəsi və bir çərçivəyə necə sıxışdırılmaq istədiyini verdiyim kitab, inşallah, oxuculara da maraqlı və faydalı olar".



Әlaqәli Xәbәrlәr