“Onlar olan yerdə biz yoxuq”, R.T.Ərdoğan

Türkiyə Sənayeçiləri və İş adamları Dərnəyi – TÜSİAD-ın Ali Müşavirə Şurası Yığıncağında çıxış edən R.T.Ərdoğan deyib

“Onlar olan yerdə biz yoxuq”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ilə əlaqələrin gömrük birliyi razılaşmasının yenilənməsilə davam edəcəyini bildirib.

  Türkiyə Sənayeçiləri və İş adamları Dərnəyi – TÜSİAD-ın Ali Müşavirə Şurası Yığıncağında çıxış edən Ərdoğan bu barədə deyib: "Biz qul deyilik, heysiyyətimiz, qürurumuz var. Bu millətin izzətini ayaqlar altına atmarıq. Avropa bazarı bizim üçün əhəmiyyətlidir, amma biz də Avropa üçün çox önəmliyik. Bu gerçək şüur içində biz Gömrük Birliyi müzakirələrimizi davam etdiririk."

  Sonra dövlət başçısı Amerika Birləşmiş Ştatları səfərinə toxunaraq Rakka əməliyyatıyla bağlı Türkiyənin etirazını həmsöhbətlərinə çatdırdığını söyləyib. “Terror təşkilatları ilə birlikdə gediləcək əməliyyatın içində onlarla birlikdə olmarıq" deyən Ərdoğan separatçı terror təşkilatı PKK-nın Suriya davamı YPG/PYD qollarının da terror təşkilatları olduğunu vurğulayıb və bunları söyləyib: "Amerika bu əməliyyata girir. Bizə düşən “xeyirli olsun” demək idi, amma bunu da söylədik ki, “Əgər bu terror təşkilatları bizim ölkəmizə qarşı hər hansı bir təhdid törədərsə, biz nişan qaydalarından irəli gələn haqqlarımızı müdafiə edəcəyik.”



Әlaqәli Xәbәrlәr