19 May Atatürkü Anma, Gənclik və İdman Bayramıdır

"19 May türk millətinin qurtuluş müjdəçisi və iftixar qaynağıdır", R.T.Ərdoğan.

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramıdır

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma Gənclik və İdman Bayramı münasibətilə xalqı təbrik edib.

  Ölkə lideri təbrik mesajında deyir: “19 May türk millətinin qurtuluş müjdəçisi və iftixar qaynağıdır. Qazi Mustafa Kamal Atatürkün başçılığı ilə 19 may 1919-cu ildə Samsunda yandırılan istiqlal məşəli Gənclik və İdman Bayramının əsası olub.”

  Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılıç da bayram münasibətilə mesaj paylaşıb. Nazir bayram mesajında deyir: “Başda Qazi Mustafa Kamal Atatürk olmaqla milli mübarizə qəhrəmanları və bütün şəhidlərimiz üçün “Allah rəhmət etsin” deyir, “Başda türk gəncliyi olmaqla bütün millətimizin 19 May Atatürkü Anma və Gənclik və İdman bayramı mübarək olsun” söyləyirik".

  Cümhuriyyət Xalq Partiyası – CHP-nin sədri Kamal Kılıçdaroğlu da gəncləri təbrik edərək deyib: "Milli Qurtuluş Savaşımızın böyük öndəri, Türkiyə Respublikasının qurucusu Böyük Atatürk başda olmaqla bütün qəhrəmanlarımızı, şəhidlərimizi rəhmət yada salır, minnətlə xatırlayırıq".

  Türkiyə Silahlı Qüvvələri də 19 May Bayramı münasibətilə Baş Qərargahın internet saytında afişa rəsmi paylaşıb. Rəsmdə Mustafa Kamal Atatürkün yanında əllərində Türkiyə bayraqları olan gənclər və “19 May Atatürkü Anma və Gənclik və İdman Bayramı mübarək olsun" sözləri əks olunub.



Әlaqәli Xәbәrlәr