Bölgədə anti-terror əməliyyatları davam edir
Türkiyənin Şırnak vilayətində terror təşkilatı PKK quldurları tərəfindən edilən hücum nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər yaralanıb.

Türkiyənin Şırnak vilayətində terror təşkilatı PKK quldurları tərəfindən edilən hücum nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər yaralanıb.
Andaç Jandarm Komandirliyi Kopki Təpə Bazası Bölgəsinə PKK quldurları tərəfindən hücum edilib.
Hücum nəticəsində 2 əsgərimiz şəhid olub, 2 əsgərimiz isə yaralanıb.
Yaralı hərbçilər helikoptərle Şırnak şəhərində xəstəxanaya yerləşdirilib.
Bölgədə anti-terror əməliyyatları davam edir.