Binəli Yıldırım Türk xalqını Novruz bayramı münasibətilə tәbrik edib

Türkiyənin baş naziri Binəli Yıldırım  Türk  xalqını Novruz bayramı münasibətilə  tәbrik edib.

Binəli Yıldırım  Türk xalqını Novruz bayramı münasibətilə  tәbrik edib

Tәbrikdә deyilir: ‘‘Baharın gəlişini, təbiətin oyanışını müjdələyən  Novruz bayramı  Balkanlardan Orta Asiyayadək  əsrlərdir cuşqu ilə  qeyd olunur. Bu gözәl günün xalqımıza  və bütün bəşəriyyətə əmin-amanlıq vә  bərəkət gətirməsini arzulayıram’’ deyib.

Baş nazir  Novruz bayramını geniş coğrafiyada min illərdir qeyd olunan ortaq bayram, birliyin, bərabərliyin, qardaşlığın adı  olaraq xarakterizə edib.  

‘‘Torpağın oyandığı bu gün hər növ anarxiya və terrora qarşı olduğumuzu bütün dünyaya göstərməliyik’’- deyə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.



Әlaqәli Xәbәrlәr