İzmirdә 105 miqrant saxlanılıb

İzmirin Çeşme rayonundan qeyri-qanuni yollarla Yunanıstanın Xios adasına keçmәyә cәhd göstәrәn  50 miqrant saxlanılıb.

İzmirdә 105 miqrant saxlanılıb

İzmirin Çeşme rayonundan qeyri-qanuni yollarla Yunanıstanın Xios adasına keçmәyә cәhd göstәrәn  50 miqrant saxlanılıb.

Sahil mühafizә  dәstәlәrinin Dalyan Uçburun  sahillәrindә  hәyata keçirdiklәri әmәliyyat nәticәsindә aralarında qadın vә uşaqların da olduğu  bir qrup miqrant saxlanılıb.

Mәlumata görә, saxlanılan miqrantların 47–i Suriya, 3-ü isә Banqladeş vәtәndaşıdır.

Digәr tәrәfdәn  Çiftlik mәhәllәsindә  dә  qeyri-qanuni yollarla Avropaya keçmәyә hazırlaşan 55 miqrant tәhlükәsizlik qüvvәlәri tәrәfindәn saxlanılıb.

Qeyd edәk ki, saxlanılan 105 miqrant  әmәliyyatlardan sonra İzmir Miqrasiya Şöbәsinә  göndәrilib.



Әlaqәli Xәbәrlәr