Ailə fərdlərini itirənlərə Qırmızı Aypara Cəmiyyəti yardım etdi

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti İraqın Mosul şəhərini DEAŞ-dan xilas etmə əməliyyatı nəticəsində ailə fərdlərini itirənləri qida, geyim və digər bir sıra ehtiyaclarla təmin edib.

Türkiyənin Qırmızı Aypara Cəmiyyəti İraq Humanitar Yardım Heyətinin sədri Sərdar Yılmaz Mosul və Ərbil quru yolu üzərində salınmış Hazər düşərgəsində 150-yə yaxın ailəyə ərzaq və geyim yardımı edildiyini və yardımların davam edəcəyini söyləyib.

Qeyd edək ki, İraqın ən böyük ikinci şəhəri Mosulun terror təşkilatı DEAŞ-dan geri qaytarılması məqsədi ilə koalisiya qüvvələrinin dəstəyində 17 oktyabrda İraq ordusunun başlatdığı əməliyyat davam edir.

Türkiyənin Başika düşərgəsində təlim keçdiyi Ninova mühafizə dəstələri ilə yanaşı Peşmergə qüvvələrinin qatıldığı əməliyyatda Mosulun şərqi DEAŞ-dan tamamilə təmizləndikdə, şəhərin qərbində şiddətli döyüşlər davam edir.

Әlaqәli Xәbәrlәr