“Kıbrıs müzakirələrində Türk tərəfi bir addım irəlidədir”, B. Yıldırım

Baş nazir Binəli Yıldırım Kıbrıs müzakirələrində Türk tərəfinin bir addım irəlidə olduğunu söyləyib.

“Kıbrıs müzakirələrində Türk tərəfi bir addım irəlidədir”, B. Yıldırım

Baş nazir Binəli Yıldırım Kıbrıs müzakirələrində Türk tərəfinin bir addım irəlidə olduğunu söyləyib.

Baş nazir rəsmi səfərdə olduğu Maltada həmkarı Joseph Muscatla təşkil etdiyi birgə mətbuat konfransında deyib ki, hər zaman Şimali Kıbrıs Türk tərəfi məsələnin həllində bir addım irəlidədir. Heç vaxt həll yolunda maneə törədəcək mövqedən tərəf olmayıb.

“Əminəm ki, bu məsələdə əldə ediləcək həll yolu Adada təhlükəsizliyi təmin edəcək, Türkiyənin güclü zamin ölkə statusunu davam etdirəcək və iki tərəfin ədalətli, bərabər hüquqlu hakimiyyəti haqqına sahib olmasına da imkan yaradacaqdır.” deyə baş nazir dilə gətirib.

Baş nazir onu da vurğulayıb ki, Maltanın növbəti sədrliyi zamanı da Avropa İttifaqı-Türkiyə əlaqələrinin daha da inkişaf etməsi, yeni müzakirə fəsillərinin açılması və aktual hala gətirilməsinə qerar verilən Aİ və Türkiyə arasındakı Gömrük Birliyi müqaviləsi ilə əlaqəli fəaliyyətlərə başlanacağına da ümid edirik.



Әlaqәli Xәbәrlәr