Çavuşoğlunun Bonnda Tillerson və Lavrov ilə keçirdiyi görüşdə nələrdən danışıldı?

“G20”-nin Xarici İşlər Nazirləri yığıncağında iştirak etmək üçün Almaniyanın Bonn şəhərində səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu  ikitərəfli görüşlər də keçirir.

Çavuşoğlunun Bonnda Tillerson və Lavrov ilə keçirdiyi görüşdə nələrdən danışıldı?

“G20”-nin Xarici İşlər Nazirləri yığıncağında iştirak etmək üçün Almaniyanın Bonn şəhərində səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu  ikitərəfli görüşlər də keçirir.

Çavuşoğlu ötən gün ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə təkbətək görüş keçirib.

Çavuşoğlu Tillerson ilə görüşündən sonra bəyanat verərək deyib ki, görüşdə keçən dövrün (Obama dövrü) səhvlərini açıq şəkildə gündəmə gətirdik. Terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG-yə verilən dəstəyin Türkiyənin güvənini sarsıtması və belə bir dəstəyin həm özləri üçün həm də Suriya üçün nə qədər təhlükəli olduğunu ifadə etdim.

Çavuşoğlu görüşdə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) quldurbaşı Fətullah Gülənin ABŞ-da olması və Türkiyəyə hələ də geri verilməməsinin əlaqələrə və Türk xalqının duyğularına dərin təsir etdiyini və bu vəziyyətin də ABŞ əleyhinə olmağı artırdığını söylədiyini dilə gətirib.

Görüşdə Suriya, İraq, DEAŞ ilə mübarizə və regional mövzular və iki ölkə əlaqələrini də dəyərləndirmə imkanı əldə etdiklərini söyləyən Çavuşoğlu bildirib ki, müsbət atmosferdə keçirilən görüş gözəl bir başlanış oldu.

Mövlud Çavuşoğlu rus həmkarı Lavrov ilə də görüş keçirib.

Diplomatik mənbələrdən əldə edilən məlumatlara görə görüşdə Türkiyə-Rusiya əlaqələri ilə yanaşı Suriyadakı son vəziyyət və məsələnin siyasi həll yolları müzakirə edilib.



Әlaqәli Xәbәrlәr