Almaniyanın bu addımı ölkə xaricində yaşayan Türkləri,  Müsəlmanları və Türkiyəni təhqir etdi

Türkiyədə Din İşləri üzrə İdarənin rəhbəri Mehmet Görməz Almaniyada dörd din xadiminin evində axtarış aparılmasının ölkədə xaricində yaşayan Türkləri,  Müsəlmanları və Türkiyəni təhqir etdiyini söyləyib.

Almaniyanın bu addımı ölkə xaricində yaşayan Türkləri,  Müsəlmanları və Türkiyəni təhqir etdi

Türkiyədə Din İşləri üzrə İdarənin rəhbəri Mehmet Görməz Almaniyada dörd din xadiminin evində axtarış aparılmasının ölkə xaricində yaşayan Türkləri,  Müsəlmanları və Türkiyəni təhqir etdiyini söyləyib.

Mehmet Görməz təşkil edilən mətbuat konfransında deyib ki, Din İşləri Türk İslam Birliyinin (DİTİB) Almaniyadakı fəaliyyətləri sadəcə Müsəlmanlar üçün yox, müsəlman olmayanlar üçün də əhəmiyyət daşıyır. Heç bir din xadiminin vəzifəsindən kənarda işlə məşğul olmasına əsla icazə verilmir. Almaniya Konstitusiyasını Qoruma İdarəsinin “Hadisədə casusluq fəaliyyəti yoxdur” açıqlamasından 2 gün sonra evlərdə axtarış olmasını izah etmək qeyri-mümkündür.

Mehmet Görməz sözlərinə davamla bildirib ki, reaksiyalara baxmayaraq böhtanlar davam etdi. Bu vəziyyət qəbul edilməzdir. İdarə 40 ildir Avropada yaşayan Türkiyə vətəndaşlarına dövlətlər arasındakı mövcud müqavilələr çərçivəsində din xidməti çatdırır. DİTİP Türk-Alman modeli bir xüsusiyyətə malikdir.

Avropada bir çox ölkədə seçkilərin keçirildiyini və seçkilərdən əvvəl bir sıra mübahisələr yaşanmasının təbii qarşılana biləcəyini qeyd edən Mehmet Görməz vurğulayıb ki, lakin ən olarsa olsun seçki atmosferində siyasətə, siyasi mübahisələrə qurban edilməyəcək bir dəyər vardırsa o da dindir, İslamdır. İslamafobiyanın seçki atmosferində bir yarışa çevrilməsi qəbul edilməzdir. Almaniyadakı son hadisələr sadəcə Din İşləri üzrə İdarəni deyil inanc, əxlaq sahəsində rəhbərlik edən, dini və İslami vəzifələri aliləşdirən din xadimlərini də təhqir etmişdir. DİTİP adi bir Birlik deyildir. Bizim ən böyük narahatlığımız budur ki, 40 illik əldə edilənləri yox sayıb, son yaşadığımız hadisələrin Avropada yaşayan vətəndaşlarımızın və müsəlmanların üzərində mənfi təsir buraxmasıdır.



Әlaqәli Xәbәrlәr