Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin 3-cü,4-сü və 5-ci maddəsi qəbul edilib

Məlumata görə, 3-cü maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib.

Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin 3-cü,4-сü və 5-ci  maddəsi qəbul edilib

Türkiyə Böyük Millət Məclisi ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı təklifin 3-cü,4-сü və 5-ci  maddəsini qəbul edib.

Məlumata görə, 3-cü maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib.

Təklifin üçüncü maddəsinə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilir, həmçinin hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməzlər.

Prezident seçkilərinin 5 ildən bir eyni gün keçirilməsini nəzərdə tutan dördüncü maddənin lehinә 343, әlehinә  139 səs verilib.

Məclisin vəzifə və səlahiyyətlərinin sadalandığı  5-ci maddənin lehinә 343, әlehinә  7  səs verilib.



Әlaqәli Xәbәrlәr