Binәli Yıldırım Timo Soinini  qәbul edib

Türkiyәnin baş naziri Binәli Yıldırım IX-cu  Səfirlər Konfransında iştirak etmək üçün Türkiyəyə səfər  Finlandiyanın  XİN rәhbәri  Timo Soinini  Çankaya Köşkündә qəbul edib.

Binәli Yıldırım Timo Soinini  qәbul edib

Bu barәdә Baş Nazirlik mәnbәlәrindәn verilәn mәlumatda bildirilib.

Baş nazir Binәli Yıldırım görüş zamanı Türkiyәnin  FETÖ, PKK vә DEAŞ kimi qanlı terror tәşkilatları ilә  mübarizәsindә Finlandiyanın әmәkdaşlığının davamının әhәmiyyәt daşıdığını  bildirib.

Binәli Yıldırım Finlandiya ilә  iqtisadiyyat, ticarәt vә turizm kimi sahәlәrdә  münasibәtlәrin  möhkәmlәndirilmәsi üçün  qarşılıqlı  sәylәri  davam etdirәcәklәrini  bildirib.

Finlandiya Xarici İşlər naziri Soini də  öz növbәsindә onu qәbul etdiyi üçün baş nazir Binәli Yıldırıma tәşәkkür edib vә  Türkiyənin terrorla mübarizəsini dəstəklədiklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr