Millətimizin zəfəri

Milli iradəyə qarşı edilən çevriliş cəhdi milli iradənin cəsarəti, bəsirəti və mətanəti ilə aradan qaldırılmışdır

Millətimizin zəfəri

  Püskürdülən çevriliş cəhdindən sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin birliyinə, bütövlüyünə və qardaşlığına dözməyənlərin 15 iyulda dövləti ələkeçirmə cəhdinin silahlı hərəkata çevrildiyini söyləyərək hadisə gecəsi etdiyi dəvətə ölkənin dörd bir yanından bütün vətəndaşların meydanları könüllü doldurması sayəsində Fetonun atdığı addımın püskürdüldüyünü vurğuladı, "Bütün vətəndaşlarımız meydanları dolduraraq “Onların tankla topu varsa, bizim də imanımız var” deyə qarşılarında dayandılar. Bu gənc qardaşlarımızın tank tırtıllarının altına yatması sıradan bir hadisə deyil. Bu, bir imanın özəlliklə təşviqidir. Bunu etdilər.”

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman da millət olaraq tək bədəndə birləşərək bu ağrını yaşadanlara layiq olduqları cəzanı vermək üçün mühakimə edəcəklər.

  Kahraman: "Bu bir növ terrordur. Yaşanan cəhd müvəffəqiyyətli ola bilmədi. Dövlət bu hadisənin məsullarının, daxili və xarici uzantılarının ortaya çıxmasını təmin edəcək. Bu işi hüquq çərçivədində görəcək", - deyib.

  Baş nazir və Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım də demokratiyaya sahib çıxan Türkiyə xalqına təşəkkür edərək deyib: "Onların gözlərini qan bürümüşdü. Cinnet keçirirdilər. Ancaq bilmədikləri bu idi ki, millətin evinə toxunan əl yanar. Heç 24 saat keçmədən əlləri yandı. Heç bir çevriliş cəhdi onu edənlərə xeyir gətirməz. Bundan sonra da gətirməyəcək. Heç kim bundan sonra millətin iradəsinə əl uzatmağa cəsarət edə bilməz".



Әlaqәli Xәbәrlәr