‘‘Kutül-Amare Zәfәri heç vaxt unudulmayacaq’’

Bu sözlәri Türkiyәnin dövlәt başçısı R.T.Әrdoğan deyib.

‘‘Kutül-Amare Zәfәri  heç vaxt  unudulmayacaq’’

Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Kutül-Amare Zәfәrinin unudulmayacaq bir dastan olduğunu bildirib.

 R.T. Ərdoğan  şәxsi  ‘‘Twitter’’   sәhifәsindәn   Kutül Amare Zәfәrinin  100-cü  ildönümü münasibətilə  bir mesaj yayımlayıb.

 Mesajında:  "Biz   lazım olanda bütün ailәmizlә    inancı, vətəni, bayrağı, dövləti uğrunda döyüşən bir millətik"  deyә qeyd edәn  Әrdoğan  Türk millətinin  Malazgirt Zәfәrindәn   Çanaqqala  Dastanınadәk   tarixindəki həqiqi qəhrəmanlıq hekayələrini heç vaxt unutmadığını və unutmayacağını bildirib.

 Dövlәt başçısı  R.T.  Әrdoğan  bildirib ki,  ‘‘ Kutül-Amare  millətimizin bütün imkansızlıqlara baxmayaraq vətəninə necə sahib çıxdığını göstərən ən mühüm və ən aydın  nümunələrdən biridir. İllərdir ki, millətimizin yaddaşından silinməyə çalışılan Kutül-Amare Zәfәri   heç vaxt  unudulmayacaq.  Bu qələbənin qazanılmasında əməyi keçən Süleyman Əsgəri, Əli İhsan Sabis Paşa, Nurəddin Paşa və Xəlil Paşanı rəhmətlə yad edirәm. Kutül-Amare Qələbəsinin memarı olan şəhid və veteranlarımızı minnətdarlıqla yad edir, onlara Allahdan rəhmət diləyirəm"  deyib.



Әlaqәli Xәbәrlәr