TÜRKİYƏ CÜMHURBAŞQANINI SEÇƏCƏK

TÜRKİYƏ CÜMHURBAŞQANINI SEÇƏCƏK

TÜRKİYƏ CÜMHURBAŞQANINI SEÇƏCƏK

Rəcəb Tayyib ƏRDOĞAN

SEÇKİ PROQRAMI
Başnazir və Cümhurbaşqanı namizedi Rəcəb Tayyib Ərdoğan öz namizedliyini elan edərkən proqramını da açıqlayaraq deyib:
“Millətimiz, Türkiyə Cümhuriyyətini və millî birliğini təmsil edən Cümhurbaşqanını ilk dəfədir ki özü seçəcək. Bu, tarixî bir hadisədir.”
Ərdoğan, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü illiğinə işarə edərək 2023-cü ilə qədər 4 əsas hədəf müəyyənləşdirdiklərini söyləyərək deyib:
-Demokratiyanı daha da inkişaf etdirmək.
-Siyasi və ictimai birliği təmin etmək.
-İctimai rifahı yüksək pillələrə qaldırmaq.
-Türkiyə’ni dünyanın qabaqcıl ölkələrinin yer tutduğu cərgəyə daxil etmək.

YENİLƏNƏN TÜRKİYƏ’NİN HƏDƏFLƏRİ NƏLƏRDİR?
Rəcəb Tayyib Ərdoğan, özünü yeniləyən Türkiyə’nin hədəfləri barədə bunları deyib:
“Yeni Türkiyə, dövlətin öz xalqı, tarixi və yer tutduğu coğrafiya ilə uyğunlaşdığı, uzlaşdığı bir ölkə olacaqdı. Yenilənən Türkiyə, iqtisadi yöndən böyümüş, inkişaf etmiş və güclənmiş bir Türkiyə olacaqdı. Yenilənən Türkiyə, ictimai rifah, inkişaf etmiş böyük bir iqtisadi qüdrət, siyasi sabitlik və müasir demokratiya dəyərləri özülündə yüksələn Türkiyə olacaqdı. Yenilənən böyük Türkiyə’də hər bir şəxs Türkiyə’nin vətəndaşı olmaqla iftixar hissi duyacaqdı. Yenilənən Türkiyə, dünya ölkələri ilə inteqrasiya təmin etmiş, daha şəffaf və qabaqcıl bir ölkə olacaqdı. Yenilənən Türkiyə, regional və qlobal sülhə, ədalətə, haqqaniyyətə daha artıq xidmət edən bir Türkiyə olacaq. Yenilənən Türkiyə, əldə etdiği bilik, nail olduğu istehsalat ilə liderlik mövqeinə yüksəlmiş bir Türkiyə olacaq.
Yenilənən Türkiyə, böyük və öncül Türkiyə olacaqdı.
RƏCƏB TAYYİB ƏRDOĞAN KİMDİR?


Ərdoğan’ın valideynləri əslən Rizə vilayətindəndir. Özü 26 Fevral 1954-cü il tarixində İstanbul’da dünyaya gəlib. 1965-ci ildə İstanbul’un Qasımpaşa qəsəbəsində yerləşən Piyalə İbtidai Məktəbi, 1973-cü ildə isə İstanbul İmam Hatip Liseyini bitirib. Mərmərə Universiteti İqtisadi və Ticari Elmlər Fakültəsi’ndən 1081-ci ildə məzun olan Ərdoğan 1969-cu ildən 12 Sentiyabr 1980-ci ildə həyata keçirilən çevrilişə kimi həm həvəskar liqada futbolçu olub həm də siyasətlə məşğul olub.
Lisey və universitetdə oxuyarkən Milli Türk Tələbə Birliği təşkilatının şagirdlər və tələbələrlə bağlı bölmələrində aktiv iştirak edib. 1976-cı ildə Millî Salamat Partiyası’nın Bəyoğlu Gənclik Təşkilatı’nın, həmin il isə partiyanın İstanbul Gənclik Təşkilatı’nın rəhbərliğinə seçilib. 1980-ci ilə kimi bu vəzifəni yeridən Ərdoğan 12 Sentiyabr 1980-ci il çevrilişi nəticəsində siyasi partiyaların bağlanmasından asılı olaraq ticarətlə məşğul olub xüsusi şirkətlərdə məşvərətçi və idarəçi kimi işləyib.
1983-cü ildə qurulan Rifah Partiyası ilə siyasi fəaliyyətlərə yenidən başlayan Ərdoğan 1984-cü ildə Rifah Partiyası’nın Bəyoğlu şöbəsinin başqanı, 1985ci ildə də partiyanın İstanbul vilayəti üzrə idarəçisi olub və partiyanın Mərkəzi İdarə Heyəti’nin üzvlüğünə seçilib.
27 Mart 1994-cü ildə keçirilən bələdiyyə seçkilərində İstanbul Böyükşəhər Bələdiyyəsinin Sədri seçilib və dünya metropoluna dönmüş şəhərdə fərqlənən bir idarə yaradıb.
Rəcəb Tayyib Ərdoğan, 1979-cu ilin Dekabr ayının 12-si tarixində Siirt vilayətində təşkil olunan bir mitingdə çıxış edərkən Millî Təhsil Nazirliği tərəfindən müəllimlərə tövsiyə olunmuş bir kitabda olan şeiri oxuduğuna görə həbs cəzasına məhkûm olub və İstanbul Bələdiyyəsi Başqanlığı vəzifəsindən kənarlaşdırılıb.
Ərdoğan, həbsdə 4 ay qaldıqdan sonra buraxılıb və yeni bir partiya yaratmaq fəaliyyətlərinə üz tutub. 14 Avqust 2001-ci il tarixində dostlarıyla birlikdə Ədalət və İnkişaf Partiyası’nı yaradıb, partiyanın yaradıcı heyəti tərəfindən sədr seçilib. Ədalət və İnkişaf Partiyası 2002-ci ildə keçirilən seçkilərdə məclisdəki yerlərin üçdə iki əksəriyyətini yığaraq hakimiyyətə gəlib.
Özü haqda məhkəmə qərarı olduğuna görə 3 Noyabr 2002-ci ildə keçirilən seçkilərdə iştirak edəbilmiyən Ərdoğan qanunlarda aparılan düzəlişlə 9 Mart 2003-cü ildə Siirt vilayəti üzrə keçirilən seçkidə millətvəkili olub.
15 Mart 2003-cü il tarixində Başnazirlik vəzifəsini təhvil alan Ərdoğan başnazirliği dövründə yaddaqalan işlər görüb. Ədalət və İnkişaf Partiyası, onun rəhbərliğində keçirilən hər seçkidə birinci yeri tutub. 22 İyul 2007-ci ildə keçirilən seçkilərdə %46.6, 12 İyun 2011-ci il seçkilərində də 49.8 faiz səs yığıb.
Rəcəb Tayyib Ərdoğan ailəlidir və 4 evladı var.

ƏKMƏLƏDDİN İHSANOĞLU

SEÇKİ PROQRAMI
Cümhurbaşqanı namizedi olan Əkmələddin İhsanoğlu açıqladığı proqramında bu mövzulara işarə edib:
“Daxili və xarici problemləri qarşılıqlı məhəbbət, hörmət və Məclis’dəki millətvəkillərinin tamamının iştirakıyla həll etmək qərarındayam.
Ələvi-Sünnü; Kürd-Türk; Mömün-Dünyəvi kimi qarşıdurma və ikilik yaradan hər şeyə qarşı çıxacağam və birliğimizdən müdafiə edəcəyəm.
Cümhuriyyətin və demokratiyanın əlçəkilməz dəyərləri, hüququn aliliyi, Hökumət-Məclis-Hüquqi Qurumların hər birinin öz vəzifəsini yeritməsi və onların salahiyyət sahələrinə hörmət edilməsi, məhkəmələrin müstəqilliği və bitərəfliği, hər cürə haq və azadlıqların qorunması mövzularında bitərəf hərəkət etmək əsl məqsədimdir.
Banklardan kredit götürən və kredit kartlarına borcu olan hər bir vətəndaşın borclarını ləğv etmək üçün məclisdəki partiyaları əməkdaşlığa səsləyəcəyəm.
PROF. DR. ƏKMƏLƏDDİN İHSANOĞLU KİMDİR?


Əkmələddin İhsanoğlu 1943-cü ildə Qahirə’də dünyaya gəlib. Misir’də Hıdiviyyə Liseyi’ndən məzun olduqdan sonra Ayn Şəms Universitetinin Fən Fakültəsində təhsil alıb.
1970-ci ildə Türkiyə’yə gəlib və Ankara Universiteti’ndə müəllim işləməğə başlayıb. 1972-ci ildə farmakoloq Füsun Bilgiç xanımla ailə həyatı qurub və bu izdivacdan üç evladı dünyaya gəlib. 1974-cü ildə doktoranturanı bitirib İngiltərə’də yerləşən Əxətər Universiteti’ndə təhsilini və araşdırmalarını davam etdirib. 1980-ci ildə İslam Əməkdaşlıq Təşkilatı’nın tövsiyəsi ilə İstanbul’da yaradılan İslam Tarixi, Sənəti və Mədəniyyətini Araşdırma Mərkəzi’nin sədri təyin olunub.
1984-cü ildə İstanbul Universiteti Fən Fakültəsi’nə daxil olub və orda professorluğa yüksəlib.
Əkmələddin İhsanoğlu 2004-2014 illəri arasında İslam Əməkdaşlıq Təşkilatı’nın Başkatibi vəzifəsini yeridib.

SƏLAHƏDDİN DƏMİRDAŞ
SEÇKİ PROQRAMI
Cümhurbaşqanı namizedi olan Səlahəddin Dəmirdaş özünün proqramı haqda bunları deyib:
“Dölətin əl-qolunun gödəldiği, vətəndaşların mövqeyinin yüksəldiği bir sistemdən müdafiə edirəm. Dövlət Nəzarət Şurası əvəzinə Xalqın Nəzarət Şurası yaradılacaq. Kürd məsələsinin həlli, Türkiyə’nin demokratikləşməsi prosesi ilə eyni vaxtda yeridiləcək. Doğma dildə ibadət hüququ tanınmalı, hamı öz ictimai həyatını azad şəkildə yaşamalıdı. Təşkilatlanmağın qarşısındakı bütün əngəllər də götürülməlidi.
SƏLAHƏDDƏN DƏMİRDAŞ KİMDİR?


Səlahəddin Dəmirdaş 10-u Aprel 1973-cü il tarixində Əlazığ şəhərinin Palu qəsəbəsində dünyaya gəlib.
Ailəli və iki evlad sahibi olan Dəmirdaş Ankara Universiteti Hüquq Fakültəsi’ndən məzun olduqdan sonra bir müddət vəkillik edib. İnsan Hüquqları Dərnəği’nin Diyarbəkir Şöbəsi’nin sədrliği vəzifəsindən sonra Türkiyə İnsan Hüquqları Vəqfi və Uluslararası Əfv Təşkilatı’nın Türkiyə Şöbəsi’nin sədrliği vəzifələrini yeridib.
23-cü dövr seçkilərində iştirak edərək Diyarbəkir vilayətindən millətvəkili seçilib. 1-i Fevral 2010-cu ildən tutmuş Barış və Demokratiya Partiyası’nın bərabərhüquqlu sədrliği vəzifəsini yeridib. 12 İyun 2011-ci il tarixində təşkil olunan 24-cü dövr seçkilərində Hakkâri vilayətindən müstəqil namized kimi iştirak edərək təkrarən millətvəkili seçilib.
22-si İyun 2014-cü il tarixində Halqların Demokratik Partiyası’nın bərabərhüquqlu sədri kimi siyasi fəaliyyətlərini yeridən Səlahəddin Dəmirdaş həmin partiya tərəfindən cümhurbaşqanı namizedi kimi verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr