Türkiyə iqtisadiyyatının perspektivləri - 48/2018

Dünya Bankı –bir neçə bir-birilə sıx əlaqəli maliyyə institutlarından ibarət çoxsahəli kredit təşkilatıdır, əsas məqsədləri isə inkişaf etmiş ölkələrin (İEÖ) maliyyə yardımı əsasında inkişaf etməkdə olan ölkələrdə  həyat səviyyəsinin qaldırılmasıdır.

1098193
Türkiyə iqtisadiyyatının perspektivləri - 48/2018

Dünya Bankı –bir neçə bir-birilə sıx əlaqəli maliyyə institutlarından ibarət çoxsahəli kredit təşkilatıdır, əsas məqsədləri isə inkişaf etmiş ölkələrin (İEÖ) maliyyə yardımı əsasında inkişaf etməkdə olan ölkələrdə  həyat səviyyəsinin qaldırılmasıdır. 

Dünya Bankının əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə  yoxsulluğun səviyyəsini aşağı salmaq məqsədilə uzunmüddətli maliyyə layihələri və inkişaf proqramlarının köməyi ilə istehsalın artırılması nəticəsində sabit iqtisadi artıma kömək etməkdir. 

Dünya Bankı  adambaşına düşən gəlirləri orta olan inkişaf etməkdə olan ölkələrdə  inkişaf layihələrinin ən iri kreditorudur. 

Türkiyә yüksәk gәlirli ölkәlәr  qrupuna daxil olmaq üçün son illәrdә әhәmiyyәtli addımlar atıb. Türkiyә iqtisadiyyatının inkişaf etmәsi üçün növbәti prosedә atılacaq addımlar son dәrәcә kritik әhәmiyyәt daşıyır.

Bir ölkədə istehsal həcminin artması mənasını daşıyan iqtisadi inkişaf ölkə iqtisadiyyatında müəyyən müddətdə reallaşan müsbət istiqamətdəki böyümələri ifadə edir. İllərlə müqayisədə adam başına düşən milli gəlirdəki artıma nəzər salaraq o ölkədə iqtisadiyyatın hansı səviyyədə inkişaf etdiyini açıq şəkildə görə bilərik.

Ölkələrin adam başına düşən milli gəlirinə görə 995  dolların aşağısı az gəlir qrupuna daxil olduqda 996-12055  dollara sahib ölkələr orta gəlir, 12.055  dollardan artıq olanlar isə yüksək gəliri olan ölkələr qrupuna daxildir.

Bu qruplar arasında әn çox diqqәt çәkәni 996-12.055  dollar milli gәlirә sahib olan ölkәlәrdir. Bu qrupun da ikiyә ayrıldığını deyә bilәrik. Bu qrupdakı ölkәlәr stabil adam başına düşәn milli gәlirә sahibdirlәr. Bu  da hәmin ölkәlәrin iqtisadiyyatının inkişaf etmәdiyinin göstәricisidir.

Ölkələrin yüksək inkişaf nisbəti əldə etməsinin həm adam başına düşən gəlirdə artıma həm də gəlir qrupunun yüksəlməsinə gətirib çıxardığını söyləyə bilərik. 

Yüksәk gәlirli ölkәlәr qrupuna daxil olmaq istәyәn ölkәlәrin yeni iqrisadi ıslahatlara ehtiyacı var. 

Türkiyәdә adam başına düşәn illik milli gәlir 10.930 dollardır.  Türkiyә iqtisadiyyatının inkişaf etmәsi üçün növbәti prosedә atılacaq addımlar son dәrәcә kritik әhәmiyyәt daşıyır.

Sentyabr ayında açıqlanan Yeni İqtisadiyya Proqramı Türkiyə iqtisadiyyatının qarşıdakı üç illik yol xəritəsini müәyyәnlәşdirilib.

Yeni proqram ilә  sözügedən islahatların hәyata keçirilmәsi nәzәrdә tutulur.

Yeni İqtisadiyya Proqramı Türkiyə iqtisadiyyatının yüksək gəlirli ölkәlәr qrupuna daxil olmasında böyük rol oynayacaq.



Әlaqәli Xәbәrlәr