Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün əks olunan bəzi xəbərlərin xülasəsi.

Türkiyə mətbuatı

"Haber Türk": " Yeni Atatürk Mədəniyyət Mərkəzinin təməli qoyuldu "

İstanbulun Taksim meydanında Atatürk Mədəniyyət Mərkəzinin təməl qoyma mərasimində çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin sənət və mədəniyyət həyatında cığır açacaq əhəmiyyətli bir addımın atıldığını bildirdi. Ərdoğan dünən keçirilən mərasimdə Atatürk Mədəniyyət Mərkəzinin 95 min 600 kvadrat metr qapalı məkanda 5 ayrı blokdan ibarət olacağını qeyd edərək: "İstanbul Atatürk Mədəniyyət Mərkəzini 2 ilə qədər  qısa bir müddətdə başa çatdıraraq sənətçilərimizin və sənətsevərlərin xidmətinə təqdim edəcəyik" deyə danışdı.


"Vətən": "Türkiyə və Rusiyanın böyük əməkdaşlığı! İstanbul və Antalya variantları müzakirə edilir"

Türkiyə-Rusiya ortaq universitetinin detalları aydınlaşdırılır. Prezident Rəcəb Tayyib Ərdoğanın aprel ayı üçün nəzərdə tutulan Rusiya səfəri zamanı Rusiya dövlət başçısı Vladimir Putin ilə keçirəcəyi görüşdə Türkiiyə-Rusiya ortaq universiteti mövzusunun gündəmə gətirilməsi gözlənilir. İki ölkənin ortaq universiteti üçün İstanbul və Antalya variantları nəzərdən keçirilir".


"Hürriyət": "İstanbul hava limanlarında 7 milyon 968 min 882 sərnişin mənzilə çatdırıldı"

Atatürk, Sabiha Gökçən və İstanbul havalimanlarında yanvar ayında həyata keçirilən ölkədaxili və xarici səfərlərdə keçən ilin eyni dövrünə görə 1068 reys artım müşahidə olundu. Beləliklə, reyslərin sayı 56 min 420-ə çatdı. Eyni dövrdə bu hava limanlarından gəliş və gediş səfərləri ilə 7 milyon 968 min 882 sərnişin daşınıb. Bu ilin ilk ayında 56 min 420 ölkədaxili və xarici səfərlərin təşkil olunduğu  İstanbul havalimanlarında eyni dövrdə 7 milyon 968 min 882 sərnişin mənzilə çatdırılıb".


"Star": "Meyvə qurusu ixracı 1 milyard 388 milyon dollar səviyyəsinə çatdı"

Türkiyədə meyvə qurusu  2018-ci ildə 8,5% ihracla 1 milyard 279 milyon dollardan, 1 milyard 388 milyon dollara yüksəldi. Almaniya 178 milyon dollar ilə ən çox meyvə qurusu ixrac edilən ölkə oldu. İngiltərə Türkiyədən 164 milyon dollarlıq meyvə qurusu idxal etdi. İtaliya isə meyvə qurusu ixracında 102 milyon dollarlıq satışla üçüncü ölkə oldu. Meyvə qurusu ixrac edən ölkələrin sayı 143-ə yüksəldi".


"Yeni Şəfəq": "Çiçəkçilərin 2019-cu il hədəfi: 85 ölkəyə ixrac"

Türkiyədə ötən il 100 milyon dollarlıq  ixrac həyata keçirən çiçək sektoru, bu il 85 ölkəyə 125 milyon dollarlıq çiçək ixrac etməyi hədəfləyir. Orta Anadolu Bəzək Bitkiləri və Məmulatları İhracatçılar Birliyinin sədri İsmail Yılmaz ən əhəmiyyətli bazarlarının Niderland və İngiltərə olduğunu bildirdi, son illərdə Özbəkistan bazarında da əhəmiyyətli bir artım müşahidə olunduğuna diqqət çəkdi.
 



Әlaqәli Xәbәrlәr