Türkiyә mәtbuatından xәbәrlәr  11.01.2019

Yeni Şafak: "Times: Ərdoğan separatçı terror təşkilatı YPG/PKK məsələsində haqlıdır"

Türkiyә mәtbuatından xәbәrlәr  11.01.2019

Yeni Şafak: "Times: Ərdoğan separatçı terror təşkilatı YPG/PKK məsələsində haqlıdır"

İngiltәrәnin Times qәzeti yayımladığı xәbәrdә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın YPG mәsәlәsindә haqlı olduğunu bildirib. PKK ilә YPG arasında fәrqin olmadığı vurğulanan xәbәrdә dünyanın aparıcı kapitalist gücü olan NATO-nun vә Qәrb alyansının lideri ABŞ-ın, ideologiyası olmayan Marksizm vә Muray Bukçin adlı anarxist filosofunun inancı arasında qalan terror tәşkilatı YPG/PKK-nı dәstәklәmәsinin mәntiqsiz olduğu bildirilib.

Vatan:  "Amerika Birləşmiş Ştatlarının nümayəndə heyəti ‘‘Patriot’’ müdafiә sistemi ilә bağlı Türkiyәyә sәfәr edәcәk’’

15-16 yanvar tarixlәrindә ABŞ-ın nümayәndә heyәti ‘‘Patriot’’ müdafiә sisteminin satışı ilә bağlı müzakirә aparmaq üçün Türkiyәyә sәfәr edәcәk. ABŞ-ın nümayәndә heyәti gәlәn hәftә Müdafiә Sәnayesinin rәhbәrliyi ilә danışıqlar aparacaq. ABŞ ‘‘Patriot’’ müdafiә sisteminin satışı ilә bağlı Türkiyәyә  Rusiyadan S-400 sistemi almamaları ilә әlaqәdar  şәrt qoysa da, Türkiyә S-400 sistemi  mәsәlәsindә qәrarlıdır. Türkiyәnin nümayәndә heyәti dә yanvar ayının sonunda Vaşinqtona sәfәr edәcәk.

Sabah: "Milli proqramdan ilk mesaj"

Hərbi platformalar  və komandanlıqlar  arasındakı taktika informasiyanın etibarlı şəkildə çatdırılması məqsədilə aparılan işlərdə әhәmiyyәtli irәlilәyişlәr әldә olunub. Milsoft firması tәrәfindәn yerlli vә milli imkanlarla ‘‘mәlumat linki’’ proqramı   hazırlanıb. Nato standartlarına uyğun olan milli proqram Türkiyәdә istehsal olunan simsiz, modern vә gizli sistemlәrlә әlaqә saxlayacaq hәrbi platformalar arasında milli linklә yaradılan şәbәkәnin istifadә edilmәsinә imkan verәcәk. Yeni proqram müvәffәqiyyәtlә sınaqdan keçirilib.

Haber Türk: "Yeni hәdәf  70 milyon turist, 70 milyard dollar gəlir"

Türkiyәnin Mədəniyyət və Turizm naziri Mehmet Әrsoy  Hollandiyanın Utreçt şəhərində bu il 49-su keçirilәn turizm sərgisində iştirak edib. Türkiyәli  turimzçilerin böyük maraq göstərdiyi sərgidə nazir Әrsoy  Türk turizminin 2018-ci ildə ciddi irәlilәyiş әldә etdiyini bildirib.

Әrsoy  2019-ci ildə turist sayının 18-20 % artmasını  gözlədiklərini  bildirәn

Nazir Әrsoy hәmçinin  2019-cu ildə 52 milyon turistin Türkiyәni  ziyarәt etmәsini gözlәdiklәrini dә vurğulayıb.  Әrdoy deyib:  ‘‘Yeni hədəfimiz 70 milyon turist, 70 milyard dollar gəlir" .

Star: ‘‘ Halal turizmi qürurlandıran mükafat’’

Halal turizm sahәsindә Türkiyәnin aparıcı, qonaqlarına mükәmmәl xidmәt göstәrәn vә Antaliyanın Alaniya qәsәbәsindә yerlәşәn  ‘‘Adin Beach’’ hoteli mükafata layiq görülüb.

Mәlumata әsasәn, Adin Beach Hoteli ‘‘HolidayCheck 2019’’ tövsiyә edilәn hotel mükafatının sahibi olub.

 


Etiketlәr: Yeni Şafak , Vatan , Sabah , Star , Haber Türk

Әlaqәli Xәbәrlәr