Pamukqala

Hörmәtli oxucularımız  bu hәftә sizә Türkiyәnin qürur  vә turizm mәkanlarından biri olan Pamukqala vә Hieropolis antik şәhәri haqqında danışacağıq.

Pamukqala

Türkiyәdә Turizm 7/2019

                

Hörmәtli oxucularımız  bu hәftә sizә Türkiyәnin qürur  vә turizm mәkanlarından biri olan Pamukqala vә Hieropolis antik şәhәri haqqında danışacağıq.

1988-ci ildәn etibarәn şәhәr YUNESKO tәrәfindәn hәm mәdәni, hәm dә tәbii xüsusiyyәtlәrinә görә mәdәni irs siyahısına daxil edilib. Pamuqqala Türkiyәnin Dәnizli şәhәrinin 2  kilometr şimalında yerlәşir. Şәhәr isti bulaqları, şәfalı suları, hovuzları  vә traventen, yәni tәrkibindә karbon dioksid olan yeraltı suları ilә insanları özünә cәlb edir.

İsti su hava ilә qarşılaşdığında  içәrisindәki karbon dioksidin buxarlanması vә qayaların üstünә  yavaş-yavaş çökmәsi ilә traventen әmәlә gәlir. Traventenlәr 2700 metr uzunluğa vә 160 metr yüksәkliyә malikdir.

Dәnizliyә 2 kilometr mәsafәdә yerlәşәn bu bölgә şәfalı suları ilә mәşhurdur. Pamukqala antik dövrdә  dә şәfalı suları vә möhtәşәm tәbiәti ilә diqqәt mәrkәzindә idi.

M.Ә 2-ci yüzildә  Frigiyalılar dövründә burda bir şәhәr yaradılıb. Daha sonra Bergama kralının әfsanәvi hәyat yoldaşı Hieranın şәrәfinә bu şәhәrә Hierapolis adı verilir. Antik şәhәr möhtәşәm Yunan memarlıq üslubu ilә dә tanınır. Şәhәr Bizans dövründә çox әhәmiyyәtli dini mәrkәzlәrdәn biri olub. İsa peyğәmbәrin apostallarından müqәddәs Filipin burda öldürülmәsi dә xristian dini baxımından şәhәrin önәmini artırıb.

Әziz dinlәyicilәr bir gün yolunuz Pamukqalaya  düşsә burda mövcud olan mәdәni әsәrlәrә dә baş çәkmәnizi tövsiyә edirik.

YUNESKO-nun mәdәni irs siyahısına daxil edilәn Pamukqala öz ziyarәtçilərinin yolunu gözləyir.


Etiketlәr: Pamukqala

Әlaqәli Xәbәrlәr