TANAP ilə Türkiyəyə çatdırılan təbii  qaz  bir milyard kubmetrə çatdı

“Trans Anadolu Təbii qaz Boru Xətti” (TANAP) ilə, Türkiyəyə 1 milyard kupmetrdən çox təbii qaz çatdırılıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məsləhət Şurasının 5-ci nazirlər yığıncağında etdiyi çıxışında deyib.

1149158
TANAP ilə Türkiyəyə çatdırılan təbii  qaz  bir milyard kubmetrə çatdı

Şahdəniz 2 mərhələsi, Cənub Qafqaz Boru Kəməri, Trans Anadolu Təbii qaz Boru Xətti və Trans-Adriatik Boru Xəttinin ibarət Cənub Qaz Dəhlizinin üç mərhələsinin tamamlandığını TAP-ın isə qısa müddətdə tamamlanacağını ifadə edən prezident Əliyev: "Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir".

Dövlət başçısı qeyd edib ki, o zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı: "Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməldaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cu il əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq".

Keçən il Azərbaycanda Cənub Qaz Dəhlizinin, Türkiyədə isə TANAP-ın açılışını reallaşdırdıqlarını xatırladan Prezident İlham Əliyev: "Layihəni yüksək qiymətləndiririk. TANAP ilə Türkiyəyə 1 milyard kubmetr təbii qaz buraxıldı. Bir ilə dək TAP layihəsi də tamamlanacaq. Azərbaycan təbii qazı Avropa enerji bazarı üçün yeni qaynaq hesab edilir”.

Enerji təhlükəsizliyini bərpa etməmiş milli təhlükəsizliyi təmin etmək çətindir deyən preziden: “Azərbaycanın ixrac etdiyi təbii qazın çoxu "Şahdəniz" yatağından əldə edilir. Ölkəmizdə 2,3 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu müəyyən edilib. Lakin başqa yataqlarda da araşdırmalar aparılır. Abşeron, Ümid və Babək yataqlarında geniş potensial ola bilər”.

Qeyd edək ki, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, İtaliya, Çernoqoriya, Albaniya, Xorvatiya, Yunanıstan, Serbiya, San Marino, Rumıniya, Türkmənistan, Bosniya və Herseqovina və Macarıstandan səlahiyyətlilərin iştirak etdiyi yığıncaqda, Türkiyəni Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz təmsil etdi.

 



Әlaqәli Xәbәrlәr