TÜRKSOY-un “Nəsimi ili” üçün tədbirlər proqramı

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azəbaycan Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyət proqramına yeni bir stimul verdiyini söyləyib

TÜRKSOY-un “Nəsimi ili” üçün tədbirlər proqramı

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) fəaliyyət proqramına yeni bir stimul verdiyini söyləyib: "Təşkilat böyük Azərbaycan şairinin həyat və yaradıcılığının tanıdılması və təbliği məqsədilə təşkil olunacaq tədbirlərə geniş yer ayıracaq".

“Hazırda Nəsimiyə həsr olunacaq tədbirlər proqramı üzərində iş aparılır. Digər türkdilli ölkələrdə olduğu kimi, 2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı Qırğızıstanın Oş şəhərində də “Nəsimi-650” mövzusunda tədbirlərin təşkili nəzərdə tutulur”, - deyə D.Kaseinov vurğulayıb.

Qeyd edək ki, TÜRKSOY böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunacaq “İmadəddin Nəsimi ili - 2019”un açılışını martın 12-də Ankara şəhərində keçirməyi planlaşdırır.

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr