Türkmənistanda Birinci Xəzər İqtisadi Forumuna hazırlıq gedir

Türkmənistan VI Xəzər sammitinə və 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Birinci Xəzər İqtisadi Forumuna hazırlaşır.

1083492
Türkmənistanda Birinci Xəzər İqtisadi Forumuna hazırlıq gedir

Türkmənistan VI Xəzər sammitinə və 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Birinci Xəzər İqtisadi Forumuna hazırlaşır.

Türkmənistanın TDH dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət səviyyəsində müvafiq təşkilat komitəsi yaradılması barədə təkliflər hazırlanıb. Təşkilat komitəsinin əsas vəzifələri sırasına yuxarıda adları çəkilən beynəlxalq tədbirlərin keçirilməsinə hazırlıq, bütün lazımi məsələlərin vaxtında həll edilməsi, o cümlədən sammitin gündəliyinin, imzalanması nəzərdə tutulan sənədlərin layihələrinin, habelə Birinci Xəzər İqtisadi Forumunun konsepsiyasının hazırlanması məsələləri daxildir.

Prezident Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasında bildirib ki, Xəzər regionunun əhəmiyyəti onun hüdudlarından çox-çox kənara çıxır. Region geosiyasi və geoiqtisadi proseslərin strateji mərkəzlərindən birinə çevrilir, burada qlobal səviyyəli multimodal nəqliyyat-tranzit qovşağı formalaşır. Bu da öz növbəsində, yaxın və uzaq perspektivə hesablanmış əməkdaşlığın əsas istiqamətlərinin gerçəkləşdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və bütün əlaqədar tərəfdaşlarla konstruktiv dialoqu möhkəmlətmək məqsədilə Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsini tələb edir.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr