Türk dünyası mədəniyyət və idman bayramı

Tədbirə əllərində türk dövlətlərinə aid bayraq və tarixi libaslarla qatılan çoxsaylı vətəndaş "Şəhidlər ölməz, Vətən bölünməz" və "Vətən, sənə canım fəda" şüarları ataraq atlılarla yanaşı Yakutiye şəhər meydanına qədər yürüdü.

Türk dünyası mədəniyyət və idman bayramı

  Ərzurum Valiliyi (İcra Hakimiyyəti), Böyükşəhər Bələdiyyəsi və Atatürk Universitetinin dəstəyilə Günəş fondu tərəfindən təşkil edilən "Türk dünyası mədəniyyət və idman bayramı" Qoşa (Çifte) Minarəli mədrəsə qarşısında təntənəli nümayişlə başladı.

  Tədbirə əllərində türk dövlətlərinə aid bayraq və tarixi libaslarla qatılan çoxsaylı vətəndaş "Şəhidlər ölməz, Vətən bölünməz" və "Vətən, sənə canım fəda" şüarları ataraq atlılarla yanaşı Yakutiye şəhər meydanına qədər yürüdü.

  Bilal Ərdoğan meydanda təşkil olunan açılış proqramında etdiyi çıxışında dedi: “Ərzrumda V ənənəvi "Türk dünyası mədəniyyət və idman bayramı" keçirilir. Türk kimliyi və inancının yaşadılması üçün bu cür tədbirlərin olması gözəl əlamətdir. Son iki ildir ki, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İordaniya, Bosniya və Herseqovinada müxtəlif tədbirlərdə oldum. Gördüm ki, könül coğrafiyamızda milyonlar, yüz milyonlar Türkiyəyə - Ankaraya, İstanbula necə məhəbbətlə baxırlar. Bizim onlara etibar göstərməyimiz, onların da bizə və gələcəklərinə etibar göstərmələri deməkdir".



Әlaqәli Xәbәrlәr