• Video Qalereya

Mustafa Akıncı: “Kıbrısda status-kvonun davam etməsini istəmirik”

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrısda (Kipr) status-kvonun davam etməsini istəmədiklərini söyləyib.

Mustafa Akıncı: “Kıbrısda status-kvonun davam etməsini istəmirik”

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Kıbrısda (Kipr) status-kvonun davam etməsini istəmədiklərini söyləyib.

Akıncı hökuməti təşkil edən siyasi partiyaların sədrlərini Prezident Aparatında qəbul edib.

Görüşdən sonra mətbuata açıqlama verən Akıncı BMT Baş Katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi Yelizabet Spehar ilə Kıbrıs müzarilərində ətimadı artıracaq tədbirlər çərçivəsində açılması planlaşdırılan Derinya və Aplıç sərhəd-keçid məntəqələrinin yaxın zamanda açılması məsələsinimüzakirə etdiklərini söyləyib.

BMT-də Kıbrısla bağlı hesabatın bu ay elan edilməsilə Rum lider Nikos Anastasiadis ilə bir araya gəlmələrinin mümkün olduğunu vurğulayan Akıncı deyib ki, bunun çox gec olmayan bir tarixdə baş tutmasını arzu edirik. Rum lider ilə keçirəcəyimiz görüşdə Derinya və Aplıç sərhəd-keçid məntəqələrinin açılış gününü müəyyənləşdirib ictimaiyyətə elan etməyi və adanın gələcəyinin necə şəkillənəcəyini müzakirə etməyi düşünürəm.  

Adada daha yaxşı və gözəl gələcək yaratmağın məsuliyyətləri olduğuna işarə edən Mustafa Akıncı qarşıdan gələn günlərdin hərəkətli keçəcəyini və üzərlərinə düşən məsuliyyətləri yerinə yetirəcəklərini qeyd edib.

Akıncı “Bu adada sülh içində bir gələcək istəyirik. Kıbrısda status-kvonun davam etməsini istəmirik. BMT-nin çərçivəsindən kənara çıxmamalıyıq, BMT bu məsələyə daxil olacaqdır, olmalıdır” deyib.



Әlaqәli Xәbәrlәr