Özbəkistan-Tacikistan sərhədi minadan təmizlənir

Özbəkistan və Tacikistan, 20 il əvvəl minalanmış əraziləri təmizləmə işinə başlayıb.

Özbəkistan-Tacikistan sərhədi minadan təmizlənir

Tacikistan Sərhəd Qulaq Qüvvələrinin Mətbuat xidmətinin sözçüsü Məhəmməd Uluğhocayev, jurnalistlərə verdiyi açıqlamada, Özbəkistanın, Tacikistan ilə olan sərhəddində minaları təmizləmə işinə başladığını bildirib.

Uluğhocayevin məlumatına görə mina təmizləmə işi Tacikistanın Panjikent və Özbəkistanın səmǝrqənd vilayətləri arasında uzanan sərhəddə aparılır. Əraziləri minadan təmizləmə işi 2019-cu ilə dək davam edəcək.

Qeyd edək ki, Mart ayında iki ölkə arasında, sərhəd ərazilərin minadan təmizlənməsini nəzərdə tutan müqavilə imzalanıb. Razılaşmanı Özbəkistan prezidenti Şövkət Mirziyoyev və Tacikistan dövlət başçısı İmaməli Rəhman imzalayıb.

Özbəkistan, 1992-1997-ci illərdə Tacikistandakı vətəndaş müharibəsindən sonra qeyri-qanuni silahlı qrupların və narkotik kaçakmalçıların ölkəyə sızmasına mane olmaq üçün, nəzarəti çətin bölgələrə mina quylamışdı.



Әlaqәli Xәbәrlәr