İlham Əliyev TANAP layihəsinin Baş icracı direktorunu "Dostluq” ordeni ilə təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş icracı direktoru Hüseyn Saltuk Düzyolun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.

1053312

Sərəncamda deyilir: "Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol "Dostluq” ordeni ilə təltif edilsin".

Saltuk Düzyol bununla bağlı yazılı açıqlama verərək, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən hər il qeyd olunan 20 Sentyabr Dünya Neftçilər Günündə “Dostluq” ordeninə layiq görüldüyünə görə fəxr etdini bildirdi.

TANAP ilə çox əhəmiyyətli layihə həyata keçirdiklərini ifadə edən Düzyol layihəyə verdikləri dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, zəhməti olan hər kəsə təşəkkür etdi.

TANAP-ın Texnologiya işləri üzrə direktoru Mustafa Ayan və TANAP Layihə direktoru Polad Rüstəmov də “Tərəqqi”medalı ilə təltif olundular.

Qeyd edək ki, TANAP-ın Eskişehirə qədər olan ilk fazası iyun ayında işə düşüb və ilk qaz verilməyə başlayıb.

TANAP-ın Cənub Qaz Dəhlizinin Avropa qolunu təşkil edən Trans Adriatik Qaz Kəmərinə  birləşdirilməsi planlaşdırılır.

 TANAP-dan ilk fazada alınacaq illik 16 milyard kubmetr qazın 6 milyardı Türkiyə tərəfindən istehlak ediləcək, qalan hissəsi isə 2020-ci ildən etibarən Avropaya nəql olunacaq.

Әlaqәli Xәbәrlәr