Cümhuriyyət və Q.Qarayevin 100 illiyi Xorvatiyada qeyd olundu

Xorvatiya Musiqi İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə klassik musiqi konserti keçirilib.

Cümhuriyyət və Q.Qarayevin 100 illiyi Xorvatiyada qeyd olundu

Xorvatiya Musiqi İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə klassik musiqi konserti keçirilib.

Konsert Azərbaycanın  Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

İştirakçıları salamlayan Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov belə tədbirlərin iki ölkə arasında mədəni münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Prezident İlham Əliyevin bir neçə gün öncə bu ölkəyə rəsmi səfərini xatırladan diplomat səfər zamanı 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqramın imzalandığını qonaqların diqqətinə çatdırıb.

Səfir Azərbaycan ilə Xorvatiya arasında çox fəal siyasi dialoqun mövcud olduğunu, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Sonra konsert proqramı təqdim olunub.

Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu və Xorvatiya Radio-Televiziyasının simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertin solisti respublikamızın Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli olub.

Konsertdə musiqiçilər tərəfindən görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” “İldırımlı yollarla” baletlərindən parçalar, Fikrət Əmirov, Tofiq Quliyev, Fərhad Bədəlbəyli və Vaqif Mustafazadənin əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Konsertdən əvvəl tədbir iştirakçılarına ziyafət verilib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş kitab və jurnallar təqdim edilib.

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr