Özbəkistanın ilk ödənişli yolunu Türk şirkətləri konsorsiumu tikəcək

Türk şirkətləri konsorsiumu Özbəkistanda rəsmilərlə paytaxt Daşkənd ilə tarixi Səmərqənd şəhərlərini bağlayacaq ölkədəki ilk ödənişli yol layihəsinin detallarını müzakirə etdi.

1048487
Özbəkistanın ilk ödənişli yolunu Türk şirkətləri konsorsiumu tikəcək

Türk şirkətləri konsorsiumu Özbəkistanda rəsmilərlə paytaxt Daşkənd ilə tarixi ödənişli yol layihəsi şəhərlərini bağlayacaq ölkədəki ilk ödənişli yol layihəsinin detallarını müzakirə etdi.

Özbəkistan Dövlət Yatırım Komitəsinin açıqlamasına görə, Komitə sədrinin müavini Laziz Kudrarov, Cingiz-Kolin-Kalyon Türk şirkətləri konsorsiumu səhaliyyətlilərilə bir araya gələrək ölkədə tikiləcək ilk ödənişli yol layihəsinin detallarını görüşüb.

Açıqlamaya görə, Özbəkistanın əlaqəli nazirlik və dövlət qurumlarının rəsmilərinin də iştirak etdiyi görüşdə Türk tərəfi lahiyəyə dair təkliflərini, Özbək rəsmilər isə lahiyə barəsində nəzərlərini təqdim ediblər.

Ölkədəki ilk ödənişli yol olması planlaşdırılan Daşkənd-Səmərqənd marşrutunun tikintisilə əlaqəli razılaşmanın prezident Rəcəb Tayyib Ərdoğanın aprel ayında Özbəkistana etdiyi rəsmi səfər zamanı əldə edildiyi xatırladılıb, buna görə sözügedən yolun 2019-2020-ci illərdə həyata keçirilməsinin planlaşdırıldığı vurğulanıb.  

Layihəyə görə hazırda 3,5-4 saat olan Daşkənd-Səmərqənd arası həmin layihədən sonra 2 saata düşəcək.



Әlaqәli Xәbәrlәr