Rusiya Azərbaycanda Nüvə Mərkəzi yaradır

Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq.

Rusiya Azərbaycanda Nüvə Mərkəzi yaradır

  Bunu sentyabrın 11-də Bakıda keçirilən "Gələcəyin enerji imkanları və çağırışlar" adlı beynəlxalq konfrans çərçivəsində Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyası ("RosAtom") prezidenti Aleksandr Merten bildirib. Onun sözlərinə görə, bu istiqamətdə azərbaycanlı həmkarları ilə işləməyi planlaşdırırlar: "Bu mərkəzdə nüvədən zəhərlənənlərin müalicəsi, həmçinin onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi aparılacaq. Burada həmçinin kadrlar da hazırlanacaq".

  A.Merten əlavə edib ki, əgər Azərbaycan hökuməti razılıq verərsə, gələcəkdə ölkədə atom elektrik stansiyası (AES) də tikilə bilər: "Bunun üçün Azərbaycanda əvvəlcədən inşa edilmiş istilik güclərindən də istifadə edilər və xaricə karbonhidrogenin satışı artırılar. Bundan başqa, atom stansiyasnın tikintisi istənilən enerji proqramını həyata keçirməyə imkan verəcək. Çünki bu, ucuz və əlçatan energetika sayılır”.

  Mənbə: BakuPost, Report



Әlaqәli Xәbәrlәr