Qazaxıstanın iqtisadiyyatı böyüdü

Qazaxıstanın Milli İqtisadiyyat naziri Timur Süleymanov ölkə iqtisadiyyatının ilin ilk 8 ayında 3,8 % böyüdüyünü bildirdi.

Qazaxıstanın iqtisadiyyatı böyüdü

Qazaxıstanın Milli İqtisadiyyat naziri Timur Süleymanov Nazirlər Komitəsinin toplantısındakı çıxışında ölkə iqtisadiyyatının yeni təkanla böyüdüyünü bildirərək: "İqtisadi inkişaf dünya bazarındakı risklərin artdığı şərtlərdə baş verir. Hesabat dövründə (8 ayda) Ümumi Daxili Məhsulun səviyyəsi 3,8 % oldu" dedi.

Süleymanov məqsədlərinin ilin sonunda böyümə nisbətini 4%-dək yüksəltmək olduğunu qeyd etdi.

Sentyabrın 1-dən etibarən ölkənin beynəlxalq ehtiyatlarının 87,3 milyard dollar olduğuna da diqqət çəkən nazir qızıl ehtiyatlarının 0,1 % artaraq 30,8 milyard dollara çıxdığını bildirdi.

 

 

 



Әlaqәli Xәbәrlәr