• Video Qalereya

Azərbaycanın tanınmış yazıçısının hekayələr kitabı Türkiyədə çap edilib

Azərbaycanın tanınmış yazıçı-tərcüməçisi Kamran Nəzirlinin hekayələr kitabı Türkiyədə çap edilib.

Azərbaycanın tanınmış yazıçısının hekayələr kitabı Türkiyədə çap edilib

Azərbaycanın tanınmış yazıçı-tərcüməçisi Kamran Nəzirlinin hekayələr kitabı Türkiyədə çap edilib.

Ankarada “Tulpars yayın evi” nəşriyyatında işıq üzü görən kitaba 20 hekayə və 7 miniatür daxil edilib. Nəfis tərtibatda kütləvi tirajla buraxılan kitab yazıçının Türkiyədə nəşr olunan ilk kitabıdır. Bundan əvvəl Azərbaycan yazıçısının müxtəlif hekayələri İstanbulda ədəbi almanax və jurnallarda dərc olunub. Hekayələri türk dilinə Məhəmməd Riza çevirib. Kitabın tərtibatçısı Biçer Yıldırımdır.

Hekayələr toplusu Türkiyənin “İLESAM” sədr müavinliyinin dəstəyi ilə nəşr olunub.

 

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr