Türkiyə Şərqi Aralıq dənizində qazma fəaliyyətlərini payızda başlada bilər

Xarici İşlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada səfərdə olan Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş nazir müavini və Xarici İşlər naziri Kudrət Özərsayla birgə mətbuat konfransı keçirib.

Türkiyə Şərqi Aralıq dənizində qazma fəaliyyətlərini payızda başlada bilər

Türkiyə Şərqi Aralıq dənizində qazma fəaliyyətlərini payızda başlada bilər.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada səfərdə olan Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş nazir müavini və Xarici İşlər naziri Kudrət Özərsayla keçirdiyi birgə mətbuat konfransında deyib.

Çavuşoğlu bölgədə, Şərqi Aralıq dənizində Türkiyənin iqtisadi sahəsinin, Şimali Kıbrıs Türk Cümhuriyyətinin də dənizdibi ərazinin və sahili sularının olduğunu, bunun ikisinin də qorunması üçün Şimali Kıbrıs Türk Cümhuriyyətinin tələbinə görə vacib tədbirlərin hər zaman görüldüyünü və görülməkdə davam etdiyini söyləyib.

Bu bölgədə daha əvvəl Türkiyənin bir sıra qazma fəaliyyətlərinin başlamasına da mane olunduğunu bildirən Çavuşoğlu “Hazırda biz də platform aldıq və qazma işlərini başlada bilərik. Bunun hazırlığını Enerji Nazirliyimiz çox gözəl görür. Payızda qazma işləri start götürə bilər” deyə vurğulayıb.

Nazir Türkiyənin Şərqi Aralıq dənizində qazma apara biləcək ölkələrin şirkətlərilə Avropa İttifaqı (Aİ) ilə və zaman ölkə Yunanıstan ilə də həmin məsələni görüşdüyünü, bugün Yunanıstanın Xarici İşlər naziri Nikos Kocaias ilə İzmirdə görüş keçirəcəyini bildirib.

Kocaias ilə Kıbrıs məsələsi daxil bəzi mövzuları qeyri-rəsmi şəkildə də zaman-zaman müzakirə etdiklərini vurğulayan Çavuşoğlu bugün keçiriləcək görüşdə də həmin mövzuları müzakirə edəcəklərini deyib.

Çavuşoğlu Adada Rum tərəfinin məsələnin həllini istəmədiyini həm də həm də Kıbrıs Türk xalqının haqlarını gözdən yayındıraraq təktərəfli addımlar atdığına diqqət çəkib.

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş nazir müavini və Xarici İşlər naziri Kudrət Özərsay da Şərqi Aralıq dənizindəki karbohidrogen fəaliyyətlərilə əlaqəli olaraq, bölgədə təbii mənbələrdə Kıbrıs Rum xalqı qədər Kıbrıs Türk xalqının da haqqının olduğunu Şimali Kıbrıs Türk Cümhuriyyəti olaraq hər zaman həm sülh və əməkdaşlıqdan tərəf olduqlarını söyləyib.

Şimali Kıbrıs Türk Cümhuriyyətnin hər mövzuda Türkiyə ilə tamamilə həmfikir olduğunu dilə gətirən Özərsay “Hörmətli Çavuşoğluna belə bir zamanda etdiyi və möhdəvası xeyli kritik olan bu dəvətinə görə təşəkkür edirəm” deyib.



Әlaqәli Xәbәrlәr