• Video Qalereya

III Dünya Köçəri Oyunları Yarışı üçün etno-şəhərin açılışı oldu

Qırğızıstanın Kırçın yaylağında III Dünya Köçəri Oyunları Yarışı üçün 500-dən artıq ənənəvi çadırın qurulduğu etno şəhərin açılışında TRT (Türkiyə Radio Televiziya Qurumu) və Anadolu Agentliyi (AA) də media tərəfdaşı kimi iştirak etdi.

gocebe oyunlari.jpg
gocebe oyunlari kirgizistan.jpg

  Qırğızıstan prezidenti Sooronbay Ceenbekovun da olduğu III Dünya Köçəri Oyunları Yarışları üçün etno-şəhərin açılışı olub.

  Qırğızıstanın Kırçın yaylağında III Dünya Köçəri Oyunları Yarışı üçün 500-dən artıq ənənəvi çadırın qurulduğu etno şəhərin açılışında TRT (Türkiyə Radio Televiziya Qurumu) və Anadolu Agentliyi (AA) də media tərəfdaşı kimi iştirak etdi.

  Açılışda sənətkarlar və tələbələrdən ibarət geniş tərkibli aktyor qrupu "Köçərilərin qızıl əsri" tamaşası ilə qırğız tarixi və köçəri həyatındakı ənənələri göstərdi.

  Açılışda etdiyi çıxışı ilə S.Ceenbekov oyunların yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə xalqına və təşkilatçılara təşəkkür etdi.

  Hər iki ildən bir keçirilən III Dünya Köçəri Oyunları Yarışının açılışında türk ölkələri liderlərindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbeyev, Macarıstanın baş naziri Viktor Orban, Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnihanov da olublar.

  Qeyd edək ki, bu yarışın dördüncüsü Türkiyədə keçiriləcək.



Әlaqәli Xәbәrlәr