Türkiyə və Qırğızıstan ordu generalları bir araya gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstan səfəri zamanı Türkiyə rəsmi heyətində olan Milli Müdafiə naziri Hulusi Akar Qırgızıstan Baş Qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyevlə bir araya gəlib.

Türkiyə və Qırğızıstan ordu generalları bir araya gəldi

  Qırğızıstan Baş Qərargahının Mətbuat Mərkəzindən verilən yazılı məlumata görə, görüşdə iki ölkə arasındakı müdafiə və hərbi təlim məsələləri müzakirə olunub. R.Duyşenbiyev H.Akarla olan görüşlə bağlı deyib: “Türkiyə Qırğızıstanın etibarlı və sadiq tərəfdaşıdır. İki ölkə arasında ortaq tarixi və mədəni bağlara əsaslanan güclü dostluq və qardaşlıq əlaqələri var. Türkiyə Qırğızıstanın müstəqillik elanından bu günə qədər ölkənin silahlı qüvvələrinə rabitə və kommunikasiya vasitələri və tibbi ləvazimatla bağlı yardımını əsirgəməyib. Qırğızıstan Silahlı Qüvvələrinə verdiyi dəstəyə ötrü Türkiyəyə təşəkkür edirik”.



Әlaqәli Xәbәrlәr