Türkiyə prezidenti 6-cı Türk Şurası Dövlət Başçıları Sammitində iştirak etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda 6-cı Türk Şurası Dövlət Başçıları Sammitinə qatıldı.

Türkiyə prezidenti 6-cı Türk Şurası Dövlət Başçıları Sammitində iştirak etdi

Qırğızıstanda Ruh Ordo Mədəniyyət Mərkəzində Qırğızıstan prezidenti Sooronbay Ceenbekovun ev sahibliyində  6-ci Türk Şurası Dövlət Başçıları Sammiti başladı.
 
 Azərbaycan, Qazaxıstan və Türkiyənin üzv olduğu sammitə Özbəkistan fəxri qonaq, Macarıstan isə müşahidəçi ölkə kimi qatıldı.
 
 Türk Şurası Dövlət Başçıları Sammitində Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan prezidenti Şövkət Mirziyovev və Macarıstanın naş naziri Viktor Orban iştirak etdilər.
 
Qeyd edək ki, Türkiyə prezidentini sammitdə xarici işlər naziri Mövlud Çavuşoğlu da müşayiət edir.
 
 



Әlaqәli Xәbәrlәr