Türkiyə prezidenti Qırğızıstanda məhşur yerləri ziyarət etdi

Qırğızıstanda rəsmi görüşlərini davam etdirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ata Beyit abidəsini ziyarət edib.

Türkiyə prezidenti Qırğızıstanda məhşur yerləri ziyarət etdi

  Paytaxt Bişkekdə Manas Universitetində fəxri doktorolma mərasimində iştirak edən R.T.Ərdoğan daha sonra qırğız həmkarı Sooronbay Ceenbekovla Ata Beyit abidəsini ziyarət edib.

  Türkiyə prezidenti 1916-cı il üsyanında ölənlərin xatirəsinə ucaldılmış Ürkün abidəsinə əklil, dünyaşöhrətli qırğız yazıcısı Çingiz Aytmatovun abidəsi önünə isə gül qoyub, Quran ayəsi oxunub.

  Xatırladaq ki, R.T.Ərdoğan dünən (1 sentyabr 2018) Qırğızıstan prezidenti Sooronbay Ceenbekovla İmam Serahsi məscidinin açılışında iştirak və çıxış etmişdi.



Әlaqәli Xәbәrlәr