Azərbaycan Cümhuriyyətinin 100 yaşı Türkiyənin Qars şəhərində qeyd olundu

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin “Qonaq evi”ndə yubiley mərasimi keçirilib.

Azərbaycanın Qarsdakı Baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra şəhidlərin əziz xatirəsinə ehtiram göstərilib.

Daha sonra Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars vilayətinin valisi Rahmi Doğan və professor Hacəli Nəcəfoğlunun çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, XX əsrin sonunda dövlət müstəqilliyinin bərpası və həmin ərəfədə süni yaradılan Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxardığı böyük problemlər, eləcə də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışılıb. Çıxışçılar vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi iki qardaş ölkənin  birgə tərəqqisi üçün tarixi şans yaradıb.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, eləcə də ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinə dair iki film nümayiş olunub.

Әlaqәli Xәbәrlәr