Qazaxıstanda “Çingiz Aytmatov” adına forum keçirilib

Qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90-cı illiyi münasibətiylə Qazaxıstanın paytaxtı Astanada beynəlxalq forum keçirilib.

958493
Qazaxıstanda “Çingiz Aytmatov” adına forum keçirilib

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən foruma, Qazaxıstan və Qırğızıstandan ziyalılar, iki ölkə parlamentlərinin millət vəkilləri və xeyli sayda dəvətli iştirak edib.

Qazaxıstan Prezident yanında Daxili Siyasət idarəsinin Başçısı Aida Balayeva, forumda etdiyi çıxışında Çingiz Aytmatovun anadan olmasının 90-cı illiyinin qeyd mərasimlərinin Qazaxıstanda da keçirilməsinin simvolik olduğunu ifadə edərək: “Cingiz Aytmatova anaraq qardaş qırğız xalqına hörmətimizi göstəririk. Biz mənşəmiz eyni olan qardaşıq”. Elm  adamlarının iki xalqın mənəvi birliyini bərpa etdiyinə və  xalqların  bir-birlərinə hörməti sayəsində dostluqların əbədi olacağına inanıram”, deyə Balayeva qeyd edib.

Beynəlxalq Türk Akademiyasının rəhbəri Darhan Kıdırali da Çingiz Aytmatovun Türk dünyasının qüruru olduğunu ifadə edərək, onun anadan olduğunun 90-cı illiyinə həsr edilmiş tədbirlərə Astananın ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr