Azərbaycanda Nazirlər Kabineti dəyişdi

Sərəncama əsasən yeni tərkib belə müəyyənləşib...

Azərbaycanda Nazirlər Kabineti dəyişdi

  Aprelin 21-də Milli Məclisin razılığını alandan sonra Novruz Məmmədovu baş nazir təyin edən (bu təyinata qədər Novruz Məmmədov prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olub) prezident İlham Əliyev ardınca Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

  Sərəncama əsasən yeni tərkib belə müəyyənləşib:

Yaqub Eyyubov – baş nazirin birinci müavini (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Əli Əhmədov – baş nazirin müavini (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Əli Həsənov – baş nazirin müavini (hökumətin əvvəlki tərkibində həm bu vəzifəni tuturdu, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri idi);

Hacıbala Abutalıbov – baş nazirin müavini (bu təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı idi);

Ramil Usubov – Daxili İşlər naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Pərviz Şahbazov – Energetika naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Fikrət Məmmədov – Ədliyyə naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Sahil Babayev – Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (hökumətin əvvəlki tərkibində bu vəzifəni Səlim Müslümov tuturdu; Sahil Babayev isə bu təyinatadək İqtisadiyyat nazirinin müavini idi);

Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri  (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Elmar Məmmədyarov – Xarici İşlər naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Şahin Mustafayev – İqtisadiyyat naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

İnam Kərimov – Kənd Təsərrüfatı naziri (hökumətin əvvəlki tərkibində bu vəzifəni Heydər Əsədov tuturdu; İnam Kərimov isə bu təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri idi);

Samir Şərifov – Maliyyə naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Zakir Həsənov – Müdafiə naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Ramin Quluzadə – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Mikayıl Cabbarov – Vergilər naziri (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Samir Nuriyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri (əvvəlki tərkibdə bu post boş idi);

Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri (hökumətin əvvəlki tərkibində bu vəzifəni Əli Həsənov tuturdu; Əli Həsənov yeni tərkibdə əvvəlki vəzifələrindən yalnız birinə – baş nazirin müavini postuna təyinat alıb; Qaçqınkomun yeni sədri Rövşən Rzayev Milli Məclisin üzvüdür);

Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Mədət Quliyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu);

Orxan Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi (hökumətin əvvəlki tərkibində də bu vəzifəni tuturdu).

Hələlik bu vəzifələrə təyinat olmayıb:

Müdafiə Sənayesi naziri, hazırda bu vəzifənin səlahiyyətlərini Yavər Camalov icra edir;

Səhiyyə naziri səlahiyyətlərini Oqtay Şirəliyev icra edir;

Ekologiya və Təbii Sərvətlər naziri səlahiyyətlərini Hüseynqulu Bağırov icra edir;

Gənclər və İdman naziri səlahiyyətlərini Azad Rəhimov icra edir;

Dövlət Gömrük Komitəsinin sədri səlahiyyətlərini Aydın Əliyev icra edir;

Dövlət Statistika Komitəsinin sədri səlahiyyətlərini Tahir Budaqov icra edir;

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri səlahiyyətlərini Kərəm Həsənov icra edir;

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərini Nazim İbrahimov icra edir;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərini Mübariz Qurbanlı icra edir;

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərini Hicran Hüseynova icra edir;

Dövlət Miqrasiya Xidmətinin rəisi səlahiyyətlərini Firudin Nəbiyev icra edir;

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini Arzu Rəhimov icra edir;

Milli Arxiv İdarəsinin rəisi səlahiyyətlərini Ataxan Paşayev icra edir.

  Xatırladaq ki, aprelin 20-də prezident İlham Əliyev Nazirlər Kabinetinə daxil olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini ləğv edib, Mədəniyyət və Turizm Nazirliyinin əsasında isə iki yeni qurum – Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıb. Hələlik Mədəniyyət naziri postuna təyinat yoxdur. Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinə də rəhbər təyin olunmayıb.

  Ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə əvvəlki hökumətdə Ramiz Həsənov, iki yerə bölünən Mədəniyyət və Turizm Nazirliyinə Əbülfəz Qarayev rəhbərlik edirdi.

  Hazırda boş qalan Təhsil naziri postu isə ötən ilin dekabrından vakantdır.

  Hökumətin əvvəlki tərkibində baş nazirin müavinləri postunda Abid Şərifov, İsmət Abasov və Elçin Əfəndiyev də vardı.



Әlaqәli Xәbәrlәr