Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov oldu

zərbaycan Milli Məclisi aprelin 21-də keçirilən iclasında Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov oldu

Azərbaycan Milli Məclisi aprelin 21-də keçirilən iclasında Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

 Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.

Məmmədov Milli Məclisdə keçirilən səsvermədə 113 səslə Azərbaycanın yeni Baş naziri seçilib.
 
 Baş nazir Novruz Məmmədov səsvermədən sonra etdiyi çıxışında İlham Əliyevlə işləməyin qürurverici olduğunu deyərək, ona göstərilən etimada görə təşəkkürünü bildirib.
 
 Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyev 22 il Baş nazir vəzifəsini icra edən Artur Rasizadəni qəbul edərək, ona bu günə qədər gördüyü xidmətlər üçün təşəkkür edib.
 
 Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əsasən, prezident seçkilərindən sonra hökumət istefa verir.
 
 İlham Əliyev 11 apreldə keçirilən prezident seçkilərində  86,02 % səslə qalib gəlib.



Әlaqәli Xәbәrlәr