MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb

Azərbaycanda  keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.

MSK prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb

Məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu  keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

Xatırladaq ki, MSK bundan əvvəl 125 seçki dairəsi  üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlara əsasən seçkilərin ilkin nəticələrini elan edib. Sayılmış 2 milyon 667 min 220 bülletenə əsasən İlham Əliyev 86,09 faiz, Qüdrət Həsənquliyev 3,4  faiz, Sərdar Cəlaloğlu 2,97 faiz, Zahid Oruc 3, 07 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,4  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb.

 

 

Mənbə:APA



Әlaqәli Xәbәrlәr