Azərbaycana gələn əcnəbilərə viza verilməsi qaydası dəyişdi

Azərbaycanın beynəlxalq hava limanlarındakı viza prosedurları mayın 15-dən etibarən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin "ASAN Viza" və "ASAN Ödəmə" sistemləri üzərindən elektron qaydada həyata keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasnın internet saytında verilən məlumata görə, Azərbaycan orqanlarından Türkiyənin Bakıdakı Səfirliyinə verilən informasiyaya əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq olunan viza prosedurunun dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub.
 
 Həmin qərar çərçivəsində mayın 15-dən etibarən Azərbaycanın beynəlxalq hava limanlarında giriş vizaları "ASAN Viza" və "ASAN Ödəmə" sistemi üzərindən elektron qaydada həyata keçiriləcək.
 
 Sözügedən tətbiq Azərbaycan Respublikasının Prezidenti yanında fəaliyyət göstərən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi (ASAN) tərəfindən həyata keçiriləcək.

Әlaqәli Xәbәrlәr