• Video Qalereya

Qazaxıstanın paytaxtı Astanada qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan edilib

Ölkənin Hidrometeorologiya xidmətindən yayılan açıqlamada qar çovğununun davam edəcəyi və havanın temperaturunun -25 dərəcəyə qədər enəcəyi bildirilib.

Qazaxıstanın paytaxtı Astanada qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan edilib

Qazaxıstanın paytaxtı Astanada qar çovğunu səbəbindən fövqəladə vəziyyət elan edilib.

Ölkənin Hidrometeorologiya xidmətindən yayılan açıqlamada qar çovğununun davam edəcəyi və havanın temperaturunun -25 dərəcəyə qədər enəcəyi bildirilib.

Astana Valiliyi də hava şəraitinin sərt şəkildə dəyişməsi səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Dövlət orqanları ilə iş yərlərinə iş rəjimlərini dayandırmağı tövsiyə edən Valilik Astananı digər şəhərlərə irtibatlandıran yolların hərəkətə bağlandığını bildirib.

Ayrıca Astana Valiliyi Təhsil İdarəsi də hava şəraitinə görə məktəblərin bağlanıldığını açıqlayıb.

Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının internet saytında yer tutan açıqlamada da uçuşların təhlükəsizliyinə görə təyyarə səfərlərinin dayandırıldığı qeyd olunub.

Qış mövsümünün 5-6 ay davam etdiyi Astana Ulanbatordan (Monqolustan) sonra dünyanın ikinci ən soyuq paytaxtı kimi tanınır.



Әlaqәli Xәbәrlәr