"BMT-nin sayəsində 50 ilimiz hədər getdi", T.Ərtoğrul

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər naziri Tahsin Ərtoğrul ölkədə səfərdə olan Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və icra heyətinin bəzi nümayəndələrini qəbul edib.

"BMT-nin sayəsində 50 ilimiz hədər getdi", T.Ərtoğrul

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər naziri Tahsin Ərtoğrul ölkədə səfərdə olan Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və icra heyətinin bəzi nümayəndələrini qəbul edib.

Nazir qəbulda nəticəsiz qalan Kıbrıs müzakirələrinə toxunaraq deyib ki, BMT 50 ilimizi puça çıxardı, ancaq bundan sonra daha çox vaxtımızın hədər getməsinə icazə verməyəcəyik.

Kıbrıs müzakirələrinin iyul ayında İsveçrənin Crans-Montana qəsəbəsində keçirilən Kıbrıs Konfransında sona çatdığını deyən nazir Kıbrıs Rum rəsmilərinin müzakirələrin seçkilərdən sonra davam etdiriləcəyinə dair bəyanatlar yaydığına diqqət çəkib.

Kıbrıs Türk xalqının sanksiyalar qarşısında çətin vəziyyətdə qaldığını və azlıq kimi görüldüyü müddətdə rumlarla 50 il yox 500 il də müzakirələr davam etdirilsə həll yolu tapılmayacağını qeyd edən Şimali Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər naziri  daha çox vaxtının hədər getməsinə icazə verməyəcəyik. Bundan sonra iki dövlət arasında müzakirə olacaqdırsa bununla əlaqəli olaraq ana vətən mediasından da dəstək istəyirik.  

Tahsin Ərtoğruloğlu yanvarın 7-də Şimali Kıbrıs Türk Cümhuriyyətində keçiriləcək seçkilərdən sonra Kıbrıs müzakirələrində yeni prosesin nə ola biləcəyi mövzusunda Türkiyə ilə dəyərləndirmə aparılmasının vacibliyini də dilə gətirib.

Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca da təşkilat olaraq Şimali Kıbrıs Türk Cümhuriyyətinin tam müstəqillik yolunda davam etməsi və tətbiq edilən sanksiyalara son qoyulması üçün hər zaman dəstək verməyə hazır olduqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr