Qırğızıstanda prezident seçkilərinin qalibi məlum oldu

Qırğızıstandakı prezident seçkilərində Sooronbay Jeenbekov qələbə qazandı.

Qırğızıstanda prezident seçkilərinin qalibi məlum oldu

Oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərində 900 mindən çox seçici hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Sooronbay Jeenbekova səs verib.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə 1 milyon 692 min nəfər iştirak edib, onlardan  917 mini S. Jeenbekovun lehinə səs verib. Beləliklə, Soornbay Jeenbekov 55 faizə yaxın səs qazanıb.

Qeyd edək ki, Qırğızıstan prezidentliyinə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Ölkə qanunvericiliyinə əsasən, Qırğızıstan MSK-sı 20 gün ərzində seçkilərin yekun nəticələrini elan etməlidir. 



Әlaqәli Xәbәrlәr