Özbəkistan 50 minlik som dəyərində yeni əsginaslar buraxacaq

Özbəkistan Mərkəzi Bankı avqustun 22-dən etibarən dövriyyəyə 50 minlik som dəyərində yeni əsginaslar buraxacaq.

790198
Özbəkistan 50 minlik som dəyərində yeni əsginaslar buraxacaq

Özbəkistan Mərkəzi Bankı avqustun 22-dən etibarən dövriyyəyə 50 minlik som dəyərində yeni əsginaslar buraxacaq.

Özbəkistan KİV-lərində yer tutan xəbərə görə, əsginasın üz hissəsində 4 millimetrlik 3D effektli qoruyucu zolaq yerləşir. Üz hissəsində mərkəzdə "Müstəqillik" meydanında yerləşən "Ezqulik" və leyləklərin uçuşu əks olunub, aşağı hissədə isə rəngini dəyişə bilən 50 000 min som sözü yazılıb. Əskinasın mərkəzində "Anjumanlar saroyi" (Forumlar sarayı) binası təsvir olunub. Hazırda 50 min som təxminən 6,4 ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, bu ilin mart ayında 10 minlik som dövriyyəyə buraxılıb.



Әlaqәli Xәbәrlәr